main-post-cover

    Apple şirkəti tamamilə şüşə korpusa sahib iPhone'nun patentini aldı

    Elm & Texnologiya
    24.04.2018
    Farid Pardashunas
    Avropanın patent təşkilatında Apple şirkətinin yeni sorğusu aşkar edilib. Həmin patent sorğusunda metal çərçivələrsiz və tamamilə şüşə korpusdan ibarət cihazın təsviri əks olunub. Bu barədə Patently Apple saytı xəbər verib. Patent sorğusuna əsasən bu, heç də dekor üçün nəzərdə tutulmuyan və şüşə konstruksiyaya sahib smartfon olacaq. Metal və plastik korpuslarda olduğu kimi patent sorğusunda olan cihazın bütün daxili komponentləri və sensor ekranı şüşəyə bərkidiləcək.

    Bununla belə korpus iki birləşmiş hissədən ibarət ola bilər və ya qoruyucu keys konstruksiyasına sahib ola bilər. Apple şirkətinin məlumatına əsasən bu cür konstruksiya təkcə smartfon istehsalında deyil həmdə iPad planşetinin, MacBook noutbookunun, Apple Watch smart saatının və digər cihazların istehsalında tətbiq oluna bilər. Qeyd etmək lazımdır ki, bu patent sorğusu keçən ilin sonunda verilmişdir. Bu texnologiyanın reallaşdırılıb-reallaşdırılmayacağı isə bilinmir. Apple şirkəti şüşə korpusa sahib cihazın ilk patentini hələ 2011-ci ildə almışdı. Lakin həmin vaxtdan bəri iPhone cihazlarının yalnız-ayrı-ayrı hissələrində bu materialdan istifadə edir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər