main-post-cover

    Apple şirkəti Touch ID'nin alternativi üzərində çalışır

    Elm & Texnologiya
    30.04.2019
    Emil Nəcəfov
        PatentlyApple saytının jurnalistləri ABŞ-ın patentlər və ticarət nişanları üzrə agentliyinin məlumatlar bazasında Touch ID texnologiyasının yeni versiyası barəsində məlumatlar aşkar ediblər. Yeni texnologiya vasitəsilə barmaq izi skanı texnologiyasını birbaşa ekranın alt hisssinə yerləşdirmək mümkün olacaq. Bu barədə Macdigger saytı xəbər verib.
        Jurnalistlərin məlumatlarına əsasən Apple şirkəti çox güman ki, bu mövzuda akustik ötürücülərdən istifadə edəcək. Onlar smartfon ekranının üzərində yerləşdiriləcəklər. Həmin ötürücülər isə istifadəçi barmağını ekrana toxunduran zaman onun barmaq izi skanını təyin edə biləcəklər. PatentlyApple tərəfindən təqdim olunmuş fotoda yeni texnologiyanın 3 işlənmə prinsipi əks olunub.

        Birinci smartfonda akustik təsvirlərin yaradılması sistemi, ikinci smartfonda akustik ötürücülərin iPhone ekranı perimetrində bölüşdürülməsi, üçüncü smartfonda isə barmaq toxunuşu nəticəsində əldə olunmuş siqnalın bölüşdürülməsi əks olunub. Jurnalistlərin məlumatlarına əsasən yeni sistem vasitəsilə iPhone təkcə barmaq izini deyl, həm də onun ölçüsünü, formasını və barmaqda çapıqların olduqları halında onların təsvirlərini təyin edə biləcək.
    Linki kopyala