Apple şirkəti unikal AR eynəkləri və gələcəyin maşınını təqdim edəcək
Elm & Texnologiya
16.08.2018
Farid Pardashunas
Apple layihələri üzrə artıq öz dəqiq proqnozlarını vermiş məşhur
analitik Ming Chi-Kuo-nun sözlərinə görə şirkətin gələcəyi Apple Car və AR eynəklərdən
asılıdır. Onun fikrincə məhz bunlar şirkətin texniki məhsullarının ən məntiqli
davamı olacaq. Analitikin verdiyi məlumata əsasən Apple Car layihəsi
2023-2025-ci illərdə təqdim olunacaq. Şirkət sözügedən maşınlar üçün
platformanı artıq bir neçə ildirki hazırlayır. Güman olunurdu ki, Apple öz
maşınları üçün kənar şirkətlərin proqram təminatlarını lisenziyalaşdıracaq.
Lakin Kuo-nun sözlərinə əsasən şirkət özünün istehsalı olacaq platformanı
yaradır. Onun fikrincə hal hazırda pilotsuz maşınlar bazarı 10 il bundan öncəki
smartfonlar bazarını xatırladır. Buna görə də Apple kimi şirkət həmin bazarı
inkar edə bilməz. Şirkət üçün vacib olacaq ikinci məhsul isə AR eynəklər
olmalıdır. Sözügedən eynəkləri şirkət 2020-ci ildə təqdim edə bilər. Kuo-nun
sözlərinə əsasən Apple artıq uzun müddətdir ki, ARKit ilə AR proqram təminatının
reallaşdırılması üzərində çalışır. Növbəti məntiqli mərhələ isə texniki məhsulun
yaradılmasıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək