main-post-cover

    Apple şirkəti WWDC 2019 tədbirinin keçirilmə tarixini elan etdi

    Elm & Texnologiya
    15.03.2019
    Emil Nəcəfov
        Apple şirkəti hər il tərtibatçılar üçün keçirtdiyi Worldwide Developers Conference (WWDC) tədbirinin bu ilki tarixini rəsmi şəkildə elan etdi. Beləliklə bu ilki tədbir 3-7 iyun tarixlərində San Xosedə baş tutacaq. Artıq indidən tərtibatçılar WWDC 2019 tədbirində iştirak üçün sorğu göndərə bilərlər. Sorğuların qeydiyyatı 21 mart tarixinə kimi davam edəcək. Tədbirdə iştirak biletləri isə təsadüfi şəkildə iştirakçılara təqdim ediləcək. Bundan əlavə olaraq tədbirin canlı yayımı da olacaq.

        Bu ilki WWDC tədbirində Apple şirkəti iOS, macOS, watchOStvOS sistemlərinin inkişaf planlarından və həmçinin artırılmış reallıq, süni zəka, səhiyyə və fitnes sahəsindəki hazırlanan məhsullarından xəbər verəcək. Ənənəvi olaraq bu tədbirdə iOS 13, macOS 10.15, watchOS 6tvOS 13 əməliyyat sistemləri təqdim olunacaqlar. Adətən onlar tədbirin ilk günündə təqdim olunurlar. Onu da qeyd etmək lazımdır ki, 25 mart tarixində Apple şirkəti özünün növbəti təqdimat tədbirini keçirdəcək. Məlumata əsasən həmin tədbirdə şirkət 10 düym ekrana sahib yenilənmiş iPad modelini, iPad Mini 5 modelini, iPod 7-ni və s. məhsulları təqdim edəcək.
    Linki kopyala