Logo
    main-post-cover

    "Apple" şirkəti, yeni iPad modelini təqdim etdi

    "Apple”şirkəti, yeni model iPad-ı təqdim etdi.

    Yeni model elə sadəcə olaraq iPad adlanır və o, iPad Air 2 modelini əvəzliyəcək. Yeni model, 9.7 inç Retina ekran, 64 bit-lik A9 prosessoru, 10 saat şarjsız çalışa bilən batareya ilə təchiz olunub. O həmçinin 8 MP-lik arxa və videozənglər üçün nəzərdə tutulmuş HD formatlı ön kameraya sahibdir. Apple SIM texnologiyası isə 140-a yaxın ölkədə naqilsiz şəbəkədən istifadə etmək imkanını verir. "iPad, dünyanın ən məşhur planşet modelidir. Onun 9.7 inç-lik versiyası, alıcıların çox xoşuna gəlmişdi. Onunla filmləri izləmək, internetdə müəyyən işləri görmək, FaceTime vasitəsilə videozənglər reallaşdırmaq və fotolara baxmaq çox rahatdır. İndi isə iPad daha da əlçatandır. Yeni model həm yeni istifadəçilər, həmdə iPad ailəsi ilə yaxından tanış olmuş istifadəçilər üçün əlçatandır. O, çox gözəl Retina ekrana sahibdir və A9 prosessoru vasitəsilə sizlər üçün yaradılmış 1.3 milyon tətbiqə qapıları açır” – deyə şirkətin məhsul marketinqi üzrə vitse-prezidenti bildirib. Yeni model iki versiyada satışa çıxacaq. Onlardan biri 32 GB-lıq daxili yaddaşa və Wi-Fi özəlliyinə, digəri isə 32 GB daxili yaddaş və LTE dəstəyə sahib olacaq. Model seçimindən asılı olaraq onların qiyməti 329$459$ təşkil edəcək və 24 Mart tarixindən satışda olacaqlar.

    Paylaş
    Bənzər xəbərlər