main-post-cover

    Apple şirkəti yeni iPhone modellərinin adlarını müəyyənləşdirib

    Elm & Texnologiya
    27.04.2018
    Farid Pardashunas
    Guggenheim Securities şirkətinin analitiki Robert Cihra-nın Apple şirkətində olan özəl mənbələrindən aldığı məlumatlara istinadən bildirib ki, Apple şirkəti yeni iPhone modellərinin adlarını müəyyənləşdirib. Bu barədə Appleinsider saytı xəbər verib. Beləliklə ən sadə model sadəcə olaraq iPhone adlanacaq. Həmin model IPS ekran və 2 GB RAM ilə təchiz olunacaq. Digər modellər isə iPhone X2iPhone X2 Plus adlanacaqlar.
    Həmin modellər adi iPhone X modelinin davamçıları olacaqlar və xarici görünüşcə ona bənzəyəcəklər. iPhone X2 Plus modeli üçlü arxa kameraya və beşqat optik zoom özəlliyinə sahib olacaq. iPhone X2 isə ikili arxa kamera ilə təchiz olunacaq. Hər üç model yeni 8 nüvəli A12 prosessoru ilə təchiz olunacaq. Əgər analitiklərin sözlərinə inansaq şirkət düzgün strategiya üzrə gedir. Belə ki, Apple öz smartfonlarının aldarında rəqəm limitini doldurub. Buna görə də cihazın adına X əlavə edib və bundan sonra hər il X-in yanına rəqəm əlavə edə bilər. Sadə iPhone versiyasına gəldikdə isə şirkət onun adına hər dəfə yalnız təqdim olunduğu ili əlavə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər