Logo
    main-post-cover

    Apple şirkəti yeni iPhone'nun təqdimat tarixini elan etdi

        Apple şirkəti öz payız fəsli təqdimatının keçirilmə tarixini rəsmi şəkildə elan etdi. Jurnalistlər artıq həmin təqdimat tədbirinə dəvətnamələri əldə ediblər. Bu barədə Techcrunch saytı xəbər verib. Əvvəlcədən də güman edildiyi kimi Apple şirkətinin yeni təqdimat tədbiri 10 sentyabr tarixində Kaliforniyadakı Steve Jobs adına teatrda keçiriləcək.
        Beləliklə ənənəyə sadiq qalaraq tədbir çərşənbə axşamı keçiriləcək. Təbii ki, tədbirdə əsas diqqət yeni iPhone modellərinə ayrılacaq. Məlumata əsasən şirkət bu il də 3 yeni iPhone modelini təqdim edəcək: iPhone XI, iPhone XI ProiPhone XR 2019. Bundan əlavə olaraq tədbirdə yeni iPad Pro-nun, ekranı böyüdülmüş ekrana sahib adi iPad-ın, 16 düym ekrana sahib MacBook Pro-nun və yeni nəsil Apple Watch-un təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər