Apple şirkəti yeni təqdimat tədbirini elan edib

Apple şirkəti yeni təqdimat tədbirini elan edib

Texnologiya
13.10.2021 PAYLAŞIM

    Apple şirkəti heç gözlənilmədən növbəti təqdimat tədbirinin tarixini elan edib. Beləliklə şirkətin növbəti təqdimat tədbiri 18 oktyabr tarixində baş tutacaq. Yeni təqdimat tədbiri “Unleashed” sloqanı altında keçiriləcək. Gözləntilərə əsasən Apple şirkətinin növbəti təqdimat tədbiri yeni MacBook modellərinə həsr ediləcək. Əsasən yeni MacBook Pro modelinin təqdimatı gözlənilir. Bəzi məlumatlara əsasən Apple ilk dəfə olaraq Mac kompüterlərinə mini-LED texnologiyasını inteqrasiya edəcək.


    Qeyd etmək laızmdır ki, hələ bu ilin əvvəlində şirkət mini-LED texnologiyasını iPad Pro M1 (2021) planşet modelinə inteqrasiya etmişdi. Bundan əlavə olaraq bəzi insayderlər bildiriblər ki, Apple şirkəti növbəti təqdimat tədbiri çərçivəsində MacBook-da reallaşdırılmış Touch Bar panelindən imtina edəcəyini açıqlayacaq. Gözləntilərə əsasən yeni MacBook modeli Apple şirkətinin M1X adlı yeni prosessoru ilə təchiz olunacaq. Bundan əlavə olaraq yeni MacBook modelinə həmçinin ənənəvi HDMI SD kart girişi geri dönüş edə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


HTC şirkəti Vive Flow adlı yeni avtonom VR cihazı təqdim edib - QİYMƏTİ

HTC şirkəti Vive Flow adlı yeni avtonom VR (virtual reallıq) cihazı təqdim edib.


Apple bədən temperaturunu ölçə biləcək yeni nəsil AirPods üzərində çalışır..

The Wall Street Journal-ın verdiyi məlumata əsasən Apple şirkəti yeni model naqilsiz qulaqlıqlar üzə..


İnsayderlər: Apple özünün Nintendo Switch analoqu üzərində çalışır

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti oyun sənayesinə daxil olmağa hazırlaşır...


Blue Origin şirkəti yeni kosmik turistlərin iştirakı ilə növbəti uçuş missiyasın..

Jeff Bezos-un Blue Origin şirkəti New Shepard adlı suborbital kosmik gəmisinin 5-ci uğurlu uçuş miss..


Steve Wozniak-ın Privateer Space adlı kosmik şirkətinin nə ilə məşğul olacağı mə..

Apple şirkətinin yaradıcılarından biri olan Steve Wozniak sentyabr ayında Privateer Space adlı kosmi..


İlk kosmik fabrik Yer kürəsinin orbitinə 2023-cü ildə göndəriləcək

Onun Yer kürəsinin orbitinə göndərilməsi ilə SpaceX-in Falcon 9 raketi məşğul olacaq.

×