main-post-cover

    Apple şirkəti yenilənmiş Face ID texnologiyası üzərində çalışır

    Elm & Texnologiya
    12.02.2019
    Farid Pardashunas
        Apple şirkəti istifadəçi üzünün təyin edilməsi texnologiyası olan Face ID üzrə yeni patent sorğusu göndərib. Bu barədə 9to5mac saytı xəbər verib. Jurnalistlərin verdikləri məlumatlara əsasən şirkət yeni Face ID versiyasının işini daha da təkmilləşdirəcək və həmin texnologiyanın istifadəçi üzünün 3D maskası sayəsində aldadılmasının qarşısını alacaq. Patentin əsas məlumatları gizli olaraq saxlanılır. Məlumata əsasən Apple şirkətinin mühəndisləri istifadəçi üzünün təyn olunması texnologiyası olan Face ID-nin etibarlılığını yüksəltmək niyyətindədirlər.
        Patentdə əks olunmuş yeni təhlükəsizlik sistemi Face ID texnologiyasını istifadəçi üzünün 3D maskası vasitəsilə aldadılmasını mümkünsüz edəcək. Qeyd etmək lazımdır ki, bu üsuldan adətən dələduzlar istifadə edirlər və hansısa istifadəçinin üzünün 3D maskasını yaratmaq 150$-a başa gəlir. Lakin smartfondan əldə olunmuş məlumatların qiyməti isə bu xərcləri lazımi qədər qarşılayır.
        Jurnalisltərin verdikləri məlumata əsasən yeni Face ID versiyası istifadəçinin üzünün həm ikiölçülü həm də üçölçülü modelləri əsasında çalışacaq. Bundan əlavə olaraq sistem əsas diqqəti həmçinin istifadəçinin üz mimikasına da ayıracaq. Mütəxəssislərin fikrincə hal hazırda Face ID texnologiyası Touch ID texnologiyasından dəfələrlə təhlükəsizdir. Belə ki, Touch ID texnologiyasını 50.000 ehtimaldan yalnız birində aldatmaq mümkündürsə, Face ID texnologiyasını 1 milyon ehtimaldan birində aldatmaq olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər