
"Apple" şirkətini təhdid etmiş hackerlərdən biri ələ keçirildi
Elm & Texnologiya
07.05.2017
Farid
Britaniyanın cinayətkarlıqla mübarizə üzrə milli agentliyi, "Apple” şirkətini hədələmiş hackeri ələ keçirib.
Məlumata əsasən ələ keçirilmiş 20 yaşlı gənc oğlan, Turkish
Crime Family hacker qruplaşmasının üzvlərindən biridir. Onu dələduzluqda və
kiberhücumda ittiham edirlər. Sözügedən hacker qruplaşması qeyd etmişdi ki,
onların üzvlərindən biri onlarla əlaqə saxlamır. "Hal-hazırda onu, hacker
qruplaşmasını yaratması və onu idarə etməsi barədə ittiham edirlər. Onun evində
axtarış aparılan zaman onun dostu, orda olub və olan bitən bütün hər şeyi
videoya çəkərək bizə göndərib” – deyə Turkish Crime Family qruplaşması
bildirib. Qeyd edək ki, bu ayın ortalarında sözügedən hacker qruplaşması, "Apple”
şirkətini hədələyirdi. Belə ki, şirkət onlara 75.000 dollar dəyərində bitcoin
ödəməyəcəyi təqdirdə hackerlər, 300 milyon iPhone istifadəçisinin şəxsi məlumatlarını
pozacaqlarını bildirmişdilər.
Paylaş
Bənzər xəbərlər