Reklam
Apple şirkətinin 2 ədəd USB-C girişli yeni şarj adapterinin render fotoları təqdim edilib

Apple şirkətinin 2 ədəd USB-C girişli yeni şarj adapterinin render fotoları təqdim edilib

Texnologiya
13.04.2022 PAYLAŞIM

    Dünən xəbər ortaya çıxmışdı ki, Apple şirkəti yeni şarj adapteri üzərində çalışır və həmin adapter eyni anda 2 cihazı birdən şarj edə biləcək. Belə ki, hazırlanan yeni şarj cihazı 2 ədəd USB-C girişi ilə təchiz olunacaq və 35 vatt gücündə olacaq. İndi isə insayderlər sözügedən şarj adapterinin render fotolarını təqdim ediblər. Verilmiş məlumatda qeyd edilib ki, yeni şarj adapteri Apple şirkətinin mövcud məhsullarından həm xarici görünüşcə həm də konstruksiya baxımından fərqlənəcək. Beləliklə insayderlər bildiriblər ki, adapterin əsas fərqləndirici özəlliyi ondan ibarət olacaq ki, o, qatlana bilən çəngəl hissəyə sahib olacaq.


    Nəticədə istifadəçi onu rahatlıqla istədiyi yerə apara bilər. Təbii ki, adapterin gövdəsində 2 ədəd USB-C girişi də olacaq. Məlumata əsasən adapterin çıxış gücü 35 vatt təşkil edəcək. Bunun sayəsində adapter vasitəsilə eyni zamanda həm smartfonu həm də Apple şirkətinin digər cihazını şarj etmək mümkün olacaq. Buna misal olaraq iPhone modelini və Apple Watch saatını gətirmək olar. Yeni şarj adapterinin nə zaman və hansı qiymətə satışa çıxacağı bilinmir. İnsayderlər güman edirlər ki, şirkət onu bu ilin payız fəslində iPhone 14 seriyası ilə birlikdə təqdim edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple AirPods Pro 2 qulaqlıqlarının render fotoları və yeni məlumatları təqdim e..

Vaxtı ikən AirPods 3 qulaqlıqlarının fotolarını təqdim etmiş 52audio saytı bu dəfə AirPods Pro 2 qul..


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı gələn ilin əvvəlində satışa çı..

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazının satış tarixi barəs..


ABŞ-da bakteriyalar əsasında yeni bioloji batareya yaradılıb

Nyu-York ştatında yerləşən Binhemton Universitetinin mütəxəssisləri bakteriyalar əsasında enerji bat..


Yaxın zamanda smartfonlar üçün 240 vatt gücündə sürətli şarj texnologiyası istif..

İnternet resursların verdikləri məlumata əsasən yaxın zamanda smartfonların batareyaları üçün nəzərd..


Huawei yeni naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib - QİYMƏTİ

Huawei şirkəti naqilsiz FreeBuds Pro 2 qulaqlıqlarını təqdim edib.


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..

×