main-post-cover

    Apple şirkətinin AR cihazının funksionallığı barəsində məlumatlar verilib

    Elm & Texnologiya
    03.09.2021
    Emil Nəcəfov
        İnsayderlər Apple şirkətinin AR cihazı (Artırılmış Reallıq) barəsində yeni məlumatlar veriblər. Yeni məlumatlar AR cihazın funskionallığını əhatə edirlər. Beləliklə insayderlərin verdikləri məlumata əsasən Apple şirkətinin ilk AR cihazının təkmilləşdirilmiş texnoloji özəlliklərə sahib olacağına baxmayaraq, digər Apple cihazı olmadan AR cihazın bütün potensialını ortaya çıxartmaq mümkün olmayacaq. Məlumatda qeyd edilib ki, AR cihazın bütün imkanlarından yararlanmaq üçün iPhone iOS üçün nəzərdə tutulacaq xüsusi tətbiq lazım olacaq. Əks halda AR cihaz məhdudlaşdırılmış funsionallıq rejimində çalışacaq.
        AR cihazın iPhone-la sinxronlaşdırılması Apple Watch smart saatının smartfonla sinxronlaşmasına bənzəyəcək. AR cihaz smartfona heç bir naqilə ehtiyac duymadan qoşula biləcək. Heç istisna deyil ki, Apple şirkəti AR cihaz üçün nəzərdə tutulacaq xüsusi tətbiqin həmçinin iPad versiyasını da hazırlasın. Son məlumatlara əsasən Apple AR cihazı micro-LED ekranlar, ətraf mühitin skanı üçün 15 ədəd kamera və gözlərin vəziyyətlərini təyin etməyi bacaran texnologiya ilə təchiz olunacaq. Şirkətin ilk AR cihazının gələn il satışa çıxacağı gözlənilir. Heç istisna deyil ki, AR cihaz gələn il təqdim olunacaq, lakin 2023-cü ildə satışa çıxacaq. Bununla yanaşı məlumata əsasən 2025-ci ildə AR eynəyin daha yüngül versiyası satışa çıxacaq.
    Linki kopyala