Apple şirkətinin böyük ölçülü qulaqlıq modelinin adı və qiyməti barəsində məlumat verilib
Elm & Texnologiya
11.05.2020
Emil Nəcəfov
Artıq bir neçə aydır ki, internetdə ortaya çıxan məlumatlara əsasən Apple şirkəti öz brendi altında böyük ölçülü qulaqlıq üzərində çalışır. İndi isə məşhur insayder Jon Prosser sözügedən qulaqlıq barəsində yeni məlumat verib. Bu barədə Gagadget saytı xəbər verib. Onun sözlərinə əsasən Apple şirkətinin yeni böyük qulaqlıq modeli B515 kod adına sahibdir.
Lakin bazara o, AirPods Studio adı ilə satışa çıxa bilər. Beləliklə bu, şirkətin Beats brendi altında olmayan ilk böyük qulaqlıq modeli olacaq və onun adında Studio sözünün olması o deməkdir ki, sözügedən qulaqlığın səs keyfiyyəti çox yüksək olacaq. Jon Prosser-in sözlərinə əsasən AirPods Studio modeli 349$ qiymətində satılacaq.
Bu cür qiymət göstəricisi isə onu Sony və Bose şirkətlərinin böyük ölçülü qulaqlıq modellərinin rəqibi edir. Bundan əlavə olaraq AirPods Studio qulaqlığında modul konstruksiyasının, ətraf səs-küyün boğulması sisteminin və Siri səsli köməkçisinin dəstəyinin olacağı gözlənilir. AirPods Stuido qulaqlığı iyun ayında keçiriləcək WWDC 2020 tədbirində təqdim oluna bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
iPhone 16 Pro Max-ın maya dəyəri məlum olub
HBO-dan tarixi bir açıqlama: Bitcoin-in qurucusunun kim olduğunu müəyyən etdik!