main-post-cover

    Apple şirkətinin həmtəsisçisi Steve Wozniak özünün kosmik şirkətini yaradıb (VİDEO)

    Elm & Texnologiya
    13.09.2021
    Farid Pardashunas
        Apple şirkətinin yaradıcılarından biri olan Steve Wozniak fərdi kosmik şirkətini yaratdığını elan edib. Onun yaratdığı kosmik şirkət Privateer Space adını əldə edib. Təəssüflər olsun ki, Wozniak bu yeni şirkət barəsində ətraflı məlumat verməyib. O sadəcə olaraq bldirib ki, Privateer Space şirkəti digər kosmik şirkətlərə bənzəməyəcək. Yeni kosmik şirkət barəsində təqdim edilmiş tizer videosunda qeyd edilib ki, şirkətin həmtəsisçisi kimi həmçinin Alex Fielding çıxış edir. Qeyd etmək lazımdır ki, Alex Fielding Apple şirkətinin keçmiş mühəndisidir. Wozniak və Fielding dəfələrlə birgə layihələr üzərində çalışıblar. Məsələn 2002-ci ildə onlar Wheels of Zeus adlı şirkətin həmtəsisçiləri kimi çıxış etmişdilər.
        Bu şirkət GPS naviqasiyası əsasında smart trekerlərin hazırlanması ilə məşğul olurdu. Lakin 2006-cı ildə sözügedən layihə bağlanmışdı. Daha sonra Wozniak robototexnika şirkəti olan Ropcord Networks-un direktorlar şurasına daxil olmuşdu. Bu şirkət isə Alex Fielding tərəfindən yaradılmışdı. Privateer Space şirkətinin rəsmi saytında qeyd edilib ki, bugün baş tutacaq AMOS adlı texnoloji konfransda yeni kosmik şirkət barəsində daha ətraflı məlumat veriləcək. Görünür, Wozniak və Fielding yüksək rəqabətin olduğu aerokosmik xidmətlər bazarına daxil olmaq istəyirlər. Bu bazarda Elon Musk-ın SpaceX şirkəti və Jeff Bezos-un Blue Origin şirkəti yüksək üstünlüklərə sahibdirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər