Apple şirkətinin həmtəsisçisi Steve Wozniak Tesla-nın avtopilotunu sərt şəkildə tənqid edib

Apple şirkətinin həmtəsisçisi Steve Wozniak Tesla-nın avtopilotunu sərt şəkildə tənqid edib

Texnologiya
04.05.2023 PAYLAŞIM

    Apple şirkətinin təsisçilərindən biri olan Steve Wozniak CNN-ə müsahibə verən zaman Tesla şirkətinin avtopilot sistemini sərt şəkildə tənqid edib. Onun fikrincə şirkətin avtopilot sistemində istifadə edilən süni zəka çox zaman səhvlər edir və hətta sürücünü öldürmək cəhdini belə reallaşdıra bilər. Qeyd etmək lazımdır ki, Wozniak öz ilk Tesla elektromobilini 2013-cü ildə əldə etmişdi. Söhbət, Tesla Model S-dən gedir. Lakin daha sonra o, Tesla Model S-i Chevrolet Bolt-a dəyişmiş və Tesla öz elektromobillərində avtopilot sistemini işə salandan sonra isə 2016-cı ildə Tesla Model S-ə geri qayıtmışdı.

    Steve Wozniak bunları deyib. “Mən həqiqətən də bu cür şeylərə (avtopilot) inanırdım. Lakin bu, reallığa heç yaxın deyil. Əgər siz süni zəkanın necə çoxlu sayda səhvə yol verdiyini və sizi necə öldürmək istədiyini bilmək istəyirsinizsə, Tesla elektromobilini almalısınız”. Wozniak-ın bu bəyanatı avtomobil sahəsində böyük səs-küyə səbəb olub. Wozniak-ın fikrincə Tesla və bu sahədə çalışan digər şirkətlər süni zəkanın dəqiq və təhlükəsiz şəkildə çalışmasına böyük diqqət ayırmalıdırlar.




DAHA ÇOX


HP süni zəka alqoritmləri ilə qarşılıqlı əlaqədə olmağa imkan verəcək yeni nəsil..

HP şirkəti təkmilləşdirilmiş arxitekturaya sahib yeni nəsil kompüter hazırladığını elan edib...


Samsung barmaq izi skanına sahib bank kartını təqdim edib (VİDEO)

Samsung tərəfindən təqdim edilmiş Biometric Card IC yüksək səviyyəli təhlükəsizliyə sahib yeni nəsil..


Mark Zuckerberg Meta Quest 3 adlı yeni VR cihazı anosn edib - QİYMƏTİ (VİDEO)..

Meta-nın CEO-su Mark Zuckerberg Quest 3 adlı yeni VR cihazı anons edib.


BOE şirkəti 16K keyfiyyətli 110 düym ekrana sahib televizorunu təqdim edib

Çinin BOE şirkəti SID Display Week 2023 sərgisi çərçivəsində 16K keyfiyyətli 110 düym ölçülü ekrana ..


Qualcomm Snapdragon 8 Gen 3 prosessorunun təqdimat tədbirini anons edib

Qualcomm şirkəti heç gözlənilmədən Snapdragon Summit adlı növbəti təqdimat tədbirini anons edib...


OPPO şirkəti MR Glass Developer Edition adlı qarışıq reallıq (AR + VR) cihazını ..

OPPO şirkəti Qualcomm ilə əməkdaşlıq çərçivəsində hazırlanmış MR Glass Developer Edition adlı qarışı..

×