main-post-cover

    Apple şirkətinin ilk AR cihazı nə zaman təqdim olunacaq və nə zaman satışa çıxacaq?

    Elm & Texnologiya
    29.11.2021
    Farid Pardashunas
        İlk Apple Watch modelinin satışa çıxmasından 6 il sonra Apple şirkəti özü üçün yeni olan bazara daxil olmağa hazırlaşır. Söhbət, AR eynəklərdən (Artırılmış Reallıq) gedir. Analitiklərin sözlərinə əsasən Apple özünün ilk AR eynəyini gələn il iPhone 14 ilə birlikdə təqdim edəcək. Lakin bu o demək deyil ki, AR eynək məhz 2022-ci ildə satışa çıxacaq. Bloomberg saytının nüfuzlu analitiki olan Mark Gurman bildirib ki, Apple həqiqətən də gələn il öz AR eynəyini təqdim etməyi planlaşdırır. Lakin onun satışlarına bir qədər gec start veriləcək.
        Analitikin sözlərinə əsasən Apple şirkətinin ilk AR eynəyi ilə bağlı vəziyyət məhz ilk iPhone, iPad və Apple Watch modelləri ilə olmuş vəziyyətə bənzəyəcək. Bu isə o deməkdir ki, AR eynək anons ediləndən sonra yekun məhsulun bazarda satışa çıxarılması üçün şirkətə bir xeyli vaxt lazım olacaq. Gurman-ın sözlərinə əsasən AR eynəyin təqdimatı ilə satışı arasındakı zaman intervalı demək olar 1 il təşkil edəcək. Bunun səbəbi isə ondadır ki, Apple bütün dünya ölkələrindəki dövlət orqanları ilə çalışmalı olacaq.
        Belə ki, AR eynəklərdə əvvəllər heç istifadə edilməmiş qəliz texnologiyalar mövcud olacaq və şirkət həmin texnologiyaların istifadələrini dövlət orqanları ilə razılaşdırmalıdır. Gurman bildirib ki, ilk Apple Watch modelinin satışa çıxması üçün Apple şirkətinə 227 gün vaxt lazım olub. İlk model iPhone 6 seriyası ilə birlikdə təqdim edilmişdi. Lakin buna baxmayaraq onun satışına iPhone 6s-dən bir qədər əvvəl start verilmişdi. Apple şirkətinin ilk AR eynəyinin hansı qiymətə satılacağı bilinmir. Lakin güman etmək olar ki, onun qiyməti 1000$-dan yüksək olacaq. Qeyd etmək lazımdır ki, keçən həftə məşhur analitik Ming Chi-Kuo Apple şirkətinin ilk AR cihazının sahib olacağı bəzi texniki özəlliklər barəsində məlumat vermişdi. Həmin xəbəri bu linkdən oxuya bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər