
Apple şirkətinin ilk AR cihazının əsas özəllikləri barəsində məlumatlar verilib
Elm & Texnologiya
06.12.2021
Emil
Ortaya çıxmış bir çox məlumata əsasən Apple şirkəti gələn il özünün ilk AR cihazını (Artırılmış Reallıq) təqdim edəcək. Bloomberg saytının nüfuzlu analitiki Mark Gurman-ın təqdim etmiş olduğu yeni hesabata əsasən şirkətin ilk AR cihazı ilk növbədə mobil oyun həvəskarları və multimedia kontenti istehlakçıları üçün nəzərdə tutulacaq. Analitikin verdiyi məlumata əsasən AR cihaz Apple şirkətinin Mac kompüterlərində istifadə olunan M1 prosessorunun daha təkmilləşdirilmiş versiyasına sahib olacaq. Bundan əlavə olaraq gözləntilərə əsasən AR cihaz həmçinin aktiv soyutma sistemi ilə təchiz olunacaq.
Oyunlar cihazın diqqət mərkəzində olacaq əsas faktor olacaqlar. Belə ki, sözügedən AR cihaz bir neçə prosessor, aktiv soyutma sistemi və yüksək keyfiyyətli ekranlar ilə təchiz olunacaq. Bununla yanaşı məlumata əsasən AR cihazın fərdi tətbiqlər mağazası da olacaq. Lakin buna baxmayaraq Apple şirkətinin AR cihazı adi multimedia kontenti istehlakçıları üçün də uyğun olacaq. AR cihazda iki ədəd prosessorun istifadə edilməsi tətbiqlərin hesablama proseslərinin emalı və cihazda olacaq müxtəlif sensorlar vasitəsilə əldə ediləcək məlumatların analizi ilə əlaqələndirilir. AR cihazın 4K keyfiyyətində 2 ədəd Sony ekranı əldə edəcəyi güman edilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
