Apple şirkətinin ilk AR cihazının sahib olacağı vacib özəllik barəsində məlumat verilib

Apple şirkətinin ilk AR cihazının sahib olacağı vacib özəllik barəsində məlumat verilib

Texnologiya
10.12.2021 PAYLAŞIM

    Apple şirkətinin ilk AR cihazı barəsində məlumatlar ortaya çıxmağa davam edir. Belə ki, məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatında AR cihazın sahib olacağı daha bir özəllik barəsində məlumat verilib. Beləliklə analitikin məlumatlarına əsasən Apple şirkətinin ilk AR cihazı istifadəçinin əl hərəkətlərini geniş şəkildə izlənməsi üçün 3D sensorlara sahib olacaq. Məlumata əsasən AR cihaz 4 dəd 3D sensora sahib olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone smartfonu 1 ədəd 3D sensora sahibdir. Məlumatda qeyd edilib ki, 4 ədəd 3D sensor öz növbəsində əl hərəkətlərinin izlənməsi məsələsində TrueDepth kameralardan daha dəqiq performans sərgiləyəcək. Hal hazırda TrueDepth kameralar iPhone modellərində Face ID texnologiyası üçün istifadə edilir.

    Analitik güman edir ki, AR cihazın sahib olacağı 3D sensorlar Face ID-dən fərqli olaraq 200% daha uzaq məsafədə olan obyektləri təyin edə biləcəklər. Qeyd etmək lazımdır ki, Face ID texnologiyası üz mimikasını təyin edərək Animoji smayliklərini yaratmağa imkan verir. Məlumatda qeyd edilib ki, AR cihazın strukturlaşdırılmış işıq sensorları da bu cür prinsip əsasında istifadəçi əlindəki dinamik detal dəyişikliklərini təyin edə biləcəklər. Analitik qeyd edib ki, AR cihazın interfeysinə jestlərlə idarəetmə sistemi, obyektlərin təyin edilməsi, göz hərəkətlərinin təyin edilməsi, gözün qüzehli qişasının skanı, səsli idarəetmə sistemi, üz mimikasının təyini və istifadəçinin yerləşdiyi məkanda təyini daxil olacaq. Apple şirkətinin ilk AR cihazının gələn ilin sonunda təqdim olunacağı gözlənilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Meta şirkətinin ilk smart saatı barəsində yeni məlumatlar ortaya çıxıb

Let’s Go Digital saytı Meta şirkətinin ilk smart saatı ilə bağlı patentini aşkar edib. Aşkar edilmiş..


Bu ilin sonunda smart silahlar satışa çıxacaqlar

Silah istehsalı ilə məşğul olan bir neçə şirkət bu ilin sonunda smart silahları satışa çıxardacaqlar..


Apple qarışıq reallıq cihazının hazırlanma mərhələsində texniki problemlər ilə q..

İnternetdə artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Apple şirkəti özünün ilk qarışıq reallıq (AR + V..


Dünyanın su üzərindəki ən böyük günəş elektrostansiyası istifadəyə verilib..

Huaneng Power International (HPI) şirkəti Çinin şərqində yerləşən Şantun adlı vilayətdə günəş elektr..


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində yeni məlumatlar veri..

Son zamanlarda internetdə Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində daha çox məlum..


Huawei bu il HiSilicon Kirin prosessorlarının istehsalını bərpa edəcək

2019-cu ilə kimi smartfon bazarında 4 böyük mobil prosessor istehsalçısı mövcud idi.

×