
Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının ekranları barəsində məlumat verilib
Elm & Texnologiya
31.05.2023
Emil
Apple şirkətinin gələn ay baş tutacaq WWDC 2023 konfransı çərçivəsində öz ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim edəcəyi gözlənilir. Ross Young adlı məşhur insayder isə MR cihazın bəzi texniki göstəriciləri barəsində məlumatları təqdim edib. Təqdim edilmiş texniki göstəricilər MR cihazın istehlakçı imkanları barəsində təsəvvürlərin yaranmasına imkan verir. Beləliklə insayderin sözlərinə əsasən Apple şirkətinin ilk qarışıq reallıq cihazı 1.41 düym ölçülü iki ədəd micro-OLED ekran ilə təchiz olunacaq.
Ekranların maksimal parlaqlıq səviyyələri 5000 nit, piksel sıxlıqları isə 4000 ppi təşkil edəcək. Əgər bu göstəricilər həqiqəti əks etdirirlərsə, deməli istifadəçiləri HDR dəstəkli yüksək görüntü keyfiyyəti gözləyir. Daha öncəki məlumat sızıntılarına əsasən Apple şirkətinin MR cihazı öz enerjisini xarici batareyadan əldə edəcək. Gözləntilərə əsasən MR cihaz 3000$ qiymətində satışa çıxacaq və şirkət ilkin mərhələdə 500 000 ədəd cihaz istehsal edəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
