
Apple şirkətinin ilk qarışıq reallıq cihazını test etmiş şəxs ondan heyrətə gəlib
Elm & Texnologiya
25.04.2023
Emil
Apple şirkəti bu il öz ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim etməlidir. Son məlumatlara əsasən təqdimat iyun ayında baş tutacaq WWDC 2023 konfransı çərçivəsində keçiriləcək. Lakin MR cihazın satışlarına bir qədər gec start veriləcək. Evan Blass adlı məşhur insayder Apple şirkətinin bu yeni məhsulunun prototipini test etmiş şəxs ilə söhbət etmək imkanını tapıb. MR cihazı test etmiş şəxsin sözlərinə əsasən o, Apple şirkətinin bu yeni cihazından əsl heyrətə gəlib. Məlumata əsasən şirkət keçən ildən indəyənə kimi MR cihaz mövzusunda böyük inkişafa nail olub.
“Onlar bu cihaz ilə bağlı keçən ildən böyük inkişaf addımı atıblar. Mən əvvəllər bu məsələdə daha skeptik idim. İndi isə mən bu cihazdan tamamilə məmnunam və onun satış qiymətini ödəməyə hazıram” - deyə MR cihazı test etmiş şəxs bildirib. Qeyd etmək lazımdır ki, Apple uzun illərdir ki, bu cihz üzərində çalışır və dəfələrlə onu təxirə salıb. Görünür, şirkət onun həm hardware həm də software tərəfini lazımi şəkildə təkmilləşdirə bilib. Son məlumat sızıntılarına əsasən şirkətin ilk MR cihazı 3000$ qiymətində satışa çxıacaq. Lakin insayderlər bildirirlər ki, Apple cihazın həmçinin daha büdcəli versiyası üzərində çalışır.
Paylaş
Bənzər xəbərlər