Apple şirkətinin ilk qarışıq reallıq cihazının nə zaman satışa çıxacağı barəsində yeni məlumat verilib

Apple şirkətinin ilk qarışıq reallıq cihazının nə zaman satışa çıxacağı barəsində yeni məlumat verilib

Texnologiya
09.11.2022 PAYLAŞIM

    Son aylar ərzində müxtəlif insayderlər Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazı barəsində müxtəlif məlumatlar verirlər. Məşhur analitik Ming-Chi Kuo hətta qeyd etmişdi ki, Apple şirkətinin qarışıq reallıq cihazı artıq gələn il satışa çıxacaq. İndi isə internetdə sözügedən cihazın nə zaman satışa çıxacağı barəsində yeni məlumat ortaya çıxıb. Verilmiş məlumata əsasən Apple bu cihazın hazırlanma prosesinin son mərhələsindədir. Əgər hər şey plan üzrə getsə şirkət qarışıq reallıq cihazının istehsalına 2023-cü ilin mart ayında start verməyi planlaşdırır.

    Məlumatda qeyd edilib ki, cihazın istehsalı ilə eksklüziv olaraq Pegatron şirkəti məşğul olacaq. Beləliklə qarışıq reallıq cihazının gələn ilin yaz fəslində satışa çıxacağı gözlənilir. Son məlumat sızıntılarına əsasən Apple öz qarışıq reallıq cihazını Reality One adlandıracaq. Sözügedən cihazın Sony micro-OLED ekranlarınıç, Apple şirkətinin fərdi prosessorunu, müxtəlif növ sensorları, çoxlu sayda kameranı və Apple servislərinin dəstəyini əldə edəcəyi gözlənilir. Əvvəlki məlumatlarda qeyd edilmişdi ki, qarışıq reallıq cihazı heç də ucuz qiymətə satılmayacaq. Onun 2000-3000$ qiymətinə satılacağı güman edilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Huawei yeni smart televizorunu təqdim edib - QİYMƏTİ

Huawei şirkəti Smart Screen seriyasına daxil olan yeni böyük ölçülü televizorunu təqdim edib...


Apple Watch Ultra-nın ekran şüşəsi dözümlülük testlərindən keçib (VİDEO)..

Müxtəlif cihazların dözümlüklərini test edərək məşhurlaşan JerryRigEverythng adlı Youtube kanal bu d..


Xiaomi il ərzində 10 milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır..

Xiaomi-nin CEO-su Lei Jun şirkətin avtomobil biznesinə böyük ümidlər bağlayır.


Samsung smartfonlar üçün yeni kamera sensoru brendi üzərində çalışır

İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən Samsung şirkəti smartfonlar üçün nəzərdə tutulmu..


Xiaomi isitmə sisteminə sahib şərfi satışa çıxardıb - QİYMƏTİ

Xiaomi şirkəti Youpin adlı crowdfunding platformasında soyuq qış günlərində aktual olacaq yeni məhsu..


MediaTek Dimensity 8200 adlı yeni prosessorun təqdimat tarixi məlum olub

MediaTek şirkəti öz yeni prosessorunun təqdimat tarixini elan edib. Söhbət, MediaTek Dimensity 8200 ..

×