Logo
    main-post-cover

    Apple şirkətinin ilk qarışıq reallıq cihazının texniki özəllikləri barəsində yeni məlumatlar verilib

        WWDC 2023 konfransının keçirilməi tarixi yaxınlaşdıqca Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazı barəsində daha çox məlumat ortaya çıxır. Bu dəfə MR cihaz barəsində yeni məlumatları Bloomberg saytının insayderi Mark Gurman verib. Beləliklə Gurman-ın sözlərinə əsasən Apple şirkətinin MR cihazı bir dəfə şarj olunandan sonra 2 saat ərzində çalışma imkanına sahib olacaq. Bununla belə cihaza əlavə xarici batareyanı qoşmaq mümkün olacaq. Təbii ki, xarici batareya MR cihazın komplektinə daxil olmayacaq və onu ayrıcaq almaq lazım gələcək.
        Gözləntilərə əsasən xarici batareya iPhone üçün nəzərdə tutulmuş MagSafe Battery Pack-ı xatırladacaq. Bundan əlavə olaraq insayder bildirib ki, şirkətin ilk qarışıq reallıq cihazı qeyri-standart şarj girişinə sahib olacaq. Belə ki, son MacBook modellərində olduğu kimi şarj naqilinin uc hissəsi MR cihazın şarj girişinə maqnit vasitəsilə bərkidiləcək və şarj naqilinin uc hissəsi dairəvi formada olacaq. Bununla belə MR cihazda USB Type-C girişi də olacaq. Lakin USB Type-C girişi məlumatların ötürülməsi üçün nəzərdə tutulacaq. Son məlumat sızıntılarına əsasən Apple şirkətinin MR cihazı Sony-nin micro-OLED ekranlarını əldə edəcək. Cihazın 3000$ qiymətində satışa çıxacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər