
Apple şirkətinin ilk smart eynəyini bir qədər çox gözləmək lazım gələcək
Elm & Texnologiya
14.04.2023
Emil
Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının bu il təqdim ediləcəyi gözlənilsə də, şirkətin ilk smart eynəyini daha çox gözləmək lazım gələcək. Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən Apple Glasses (ixtiyari ad) smart eynəyi ən yaxşı halda 2026-cı və ya 2027-ci ildə satışa çıxacaq. Analitik bildirib ki, bu məsələdə əsas rolu şirkətin öz smart eynəyi üçün metalinzaları vaxtında hazırlaya bilib-bilməməyi oynayacaq.
Analitik bildirib ki, Apple artıq uzun müddətdir ki, bu istiqamət üzrə çalışır və metalinzalar ilk dəfə olaraq gələn il iPad Pro modellərindəki Face ID sistemində tətbiq edilə bilərlər. 2025-ci və ya 2026-cı ildə isə metalinzaların iPhone-lara inteqrasiya ediləcəkləri gözlənilir. Lakin smart eynək üçün bu texnologiya daha da təkmilləşdirilməlidir. Smartfonların kameralarında isə bu cür linzalar artıq bu onilliyin sonunda istifadə edilə bilər.
Paylaş
Bənzər xəbərlər