main-post-cover

    Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, OpenAI CEO-su ilə süni zəka dəstəkli cihazın hazırlanmasını müzakirə edir

    Elm & Texnologiya
    28.09.2023
    Emil Nəcəfov
        The Information saytının verdiyi məlumata əsasən Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive, OpenAI şirkətinin CEO-su Sam Altman ilə birlikdə süni zəka dəstəkli hansısa cihazın hazırlanmasını müzakirə edirlər. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, sözügedən layihədə həmçinin Yaponiyanın SoftBank adlı holdinqinin CEO-su Masayoshi Son da iştirak edə bilər. Qeyd etmək lazımdır ki, SoftBank-ın tərkibinə ARM şirkəti də daxildir. Müzakirəsi aparılan süni zəka dəstəkli cihaz barəsində ətraflı məlumat hələ yoxdur.
        Sadəcə olaraq güman etmək olar ki, müzakirələrdə Jony Ive-ın iştirak etməsi onun bu cihazın xarici görünüşü üzərində çalışacağından xəbər verir. Məlumata əsasən bu 3 şəxs birlikdə ayrıca şirkətin təsis edilməsini müzakirə ediblər. Potensial olaraq bu cür şirkət 3 nəfərin sahib olduğu resursları istifadə edə bilər. SoftBank-ın CEO-su həmçinin layihəyə 1 milyard dollar vəsaitin yatırılmasını da reallaşdıra bilər. Aydın məsələdir ki, Jony Ive ilə Sam Altman süni zəka sahəsində növbəti innovasiyanı yaratmaq istəyirlər. Heç istisna deyil ki, tərəflər süni zəka dəstəkli yeni smartfonun hazırlanmasını müzakirə ediblər. Məlumata əsasən tərəflər arasında danışıqlar ciddi səviyyəyə yüksəlib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər