main-post-cover

    Apple şirkətinin növbəti təqdimat tədbirinin tarixi məlum oldu

    Elm & Texnologiya
    17.03.2018
    Farid Pardashunas
    Apple şirkəti rəsmi olaraq yeni təqdimat tədbirinin tarixini elan etdi.
        Yeni təqdimat tədbiri 27 Mart tarixində baş tutacaq. Bu dəfəkə tədbirin mövzusu təhsil ilə əlaqəlidir. Bu barədə şirkətin rəsmi dəvətnaməsində də qeyd olunub: “Gəlin ekskursiya keçirdək”. Dəvətnamədə həmçinin belə bir ismarış da əks olunub: “Müəllim və şagirdlər üçün yeni yaradıcılıq ideyalarını görmək üzrə bizə qoşulun”. Qeyd etmək lazımdır ki, sözügedən yeni tədbir şirkətin yenicə istifadəyə verilmiş kampusunda deyil Çikaqonun orta məktəbində keçiriləcək.

        Tədbirdə nədən danışılacağı tam aydın olmasa da, biz artıq həmin tədbirdə hansı cihazların təqdim oluna biləcəklərini müəyyən mənada təsəvvür edə bilərik. İlk öncə təkmilləşdirilmiş və 13 inç Retina ekrana sahib yeni MacBook Air modelinin anonsunu gözləyirik. Bundan əlavə olaraq tədbirdə iki ədəd iPad modeli də təqdim olunmalıdır. Onlardan biri yeni nəsil iPad Pro, digəri isə ən ucuz iPad modeli olmalıdır. Həmçinin çoxdan gözlənilən iPhone SE 2 modelinin də anonsu barədə şayiələr gəzir. Lakin smartfonun təqdimatına ümid etmək lazım deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər