main-post-cover

    Apple şirkətinin qarışıq reallıq cihazının potensial adı məlum olub

    Elm & Texnologiya
    29.08.2022
    Farid Pardashunas
        Son zamanlarda Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində daha çox məlumat ortaya çıxır. Bu dəfə Bloomberg saytının jurnalistləri ABŞ Ticarət Nişanları və Patentləri Departamentinin məlumatlar bazasını analiz edərək 3 yeni patentə rast gəliblər. Aşkar edilmiş patentlər Reality One, Reality Pro Reality Processor adlarına sahibdirlər. Çox güman ki, Reality One ilə Reality Pro adları Apple şirkətinin qarışıq reallıq cihazında istifadə ediləcəklər. Adlardan belə qənaətə gəlmək olar ki, şirkət qarışıq reallıq cihazını 2 versiyada təqdim edə bilər. Reality Processor adına gəldikdə isə çox güman ki, o, qarışıq reallıq cihazının sahib olacağı prosessorun adı olacaq. Məlumata əsasən sözügedən ticarət nişanlarının patentləşdirilmə sorğusunu Immersive Health Solutions adlı bilinməyən şirkət göndərib.
        Qeyd etmək lazımdır ki, Apple çox zaman öz gələcək məhsulları barəsində məlumatların ortaya çıxmaması üçün “saxta” şirkətlər vasitəsilə patentləşdirməni reallaşdırır. Adları qeyd edilmiş sözügedən ticarət nişanları həmçinin Kanadada, Britaniyada, Avropada, Avstraliyada, Yeni Zelandiyada, Səudiyyə Ərəbistanında, Kosta-Rikada və Uruqvayda da qeydiyyatdan keçirilib. Son məlumatlara əsasən Apple şirkətinin qarışıq reallıq cihazı Sony istehsalı olan micro-OLED ekranlarla və çoxlu sayda sensorlarla təchiz olunacaq. Qiymət məsələsinə gəldikdə isə hələ bir neçə müddət bundan öncə məşhur analitik Ming-Chi Kuo qeyd etmişdi ki, qarışıq reallıq cihazının qiyməti 2000$-dan baha olacaq. Apple şirkətinin bu yeni məhsulunun gələn ilin əvvəlində təqdim ediləcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər