main-post-cover

    Apple şirkətinin VR cihazının nə zaman satışa çıxacağı barəsində məlumat verilib

    Elm & Texnologiya
    04.02.2021
    Farid Pardashunas
        China Times saytının JP Morgan şirkətinin analitiklərinin hesabatlarına istinadən xəbər verib ki, Apple şirkəti öz virtual reallıq (VR) cihazını 2022-ci ilin birinci rübündə satışa çıxardacaq. Məlumata əsasən Apple şirkətinin VR cihazının dizaynı digər şirkətlər tərəfindən satışa çıxarılmış VR cihazların dizaynlarına bənzəyəcək. Apple VR cihazı 6 linzaya və LiDAR skanerinə sahib olmalıdır. Məlumatda qeyd edilib ki, sözügedən VR cihaz üçün nəzərdə tutulmuş komponentlərin istehsalına bu ilin dördüncü rübündə start veriləcək.
        Əsas istehsalçılar siyahısına TSMC (VR cihaz üçün prosessor istehsalçısı), Largan Genius Electronic Optical (VR cihaz üçün kamera obyektivlərinin istehsalçıları), Pegatron (VR cihazın yığılması) şirkətləri daxil olublar. Həmçinin məlumata əsasən VR cihazın istehsalı əsasən Tayvanda reallaşdırılacaq. JP Morgan-ın fikrincə sözügedən VR cihaz premium seqmentə daxil olacaq və bazarda mövcud olan digər VR cihazlardan daha baha qiymətə satılacaq. Gözləntilərə əsasən Apple şirkətinin VR cihazı 500$-dan baha satılacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər