Apple şirkətinin yeni A14 Bionic prosessoru Snapdragon 875-dən az performanslı ola bilər

Apple şirkətinin yeni A14 Bionic prosessoru Snapdragon 875-dən az performanslı ola bilər

Texnologiya
16.09.2020 PAYLAŞIM

    Dünənki təqdimat zamanı Apple şirkəti iPad Air 4 ilə yanaşı həmçinin A14 Bionic prosessoru barəsində də məlumat vermişdi. Təqdimat çərçivəsində şirkət bildirmişdi ki, onun yeni prosessoru bir sıra planşetlərlə yanaşı həmçinin bəzi noutbuklardan da güclüdür. Lakin prosessorun daha detallı analizi onu göstərir ki, A14 Bionic Apple şirkətinin dediyi kimi heç də o dərəcədə güclü olmaya bilər. Bu barədə Gizchina saytı xəbər verib.

    Apple qeyd edir ki, A14 Bionic-in mərkəzi prosessorunun gücü 40%, qrafik çipinin gücü isə 30% yüksəlib. Bu cür göstəricilər həqiqətən də diqqəti cəlb edirlər. Lakin şirkət yeni prosessoru A13 Bionic ilə deyil, 2018-ci ildəki A12 Bionic ilə müqayisə edir. Qəliz olmayan hesablamalar ilə belə qənaətə gəlmək olar ki, A14 Bionic CPU baxımından A13 Bionic-dən yalnız 13%, GPU baxımından isə 8.3% daha güclüdür.


    Maraqlısı ondadır ki, nəzərə çarpmayan bu cür dəyişiklik Apple şirkətini ən güclü mobil prosessor istehsalçısı statusundan məhrum edə bilər. Güman olunur ki, Qualcomm şirkətinin Snapdragon 875 prosessoru yeni Cortex-X1Cortex-A78 nüvələri əsasında hazırlanacaq. Cortex-X1 nüvəsi Cortex-A77-dən 30%, Cortex-A78 nüvəsi isə 20% daha güclüdür. Nəticədə Snapdragon 875 prosessoru A14 Bionic-dən daha performanslı alına bilər. Ice Universe ləqəbi məşhur insayder də bu cür fikirə sahibdir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.

×