Apple yeni A14 Bionic prosessoru barəsində məlumatlar verib

Apple yeni A14 Bionic prosessoru barəsində məlumatlar verib

Texnologiya
16.09.2020 PAYLAŞIM

    Dünən keçirilmiş təqdimat zamanı Apple şirkəti yeni model planşet smart saatlardan əlavə olaraq 5 nanometrlik texnoloji proses əsasında hazırlanmış A14 Bionic prosessoru barəsində məlumatlar da verdi. Şirkət yeni prosessorun əsas özəllikləri barəsində danışıb və onu əvvəlki modellər ilə müqayisə edib. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə A14 Bionic prosessorunda tranzistorların sayı 11.8 milyarddır. Bu isə A13 Bionic prosessorundakı tranzistorların sayından 40% çoxdur. Apple bildirib ki, bu, prosessorun yaxşılaşdırılmış texniki göstəricilərə sahib olması deməkdir.


    6 nüvəli bu prosessor özündə 2 ədəd yüksək performanslı və 4 ədəd adi nüvəni birləşdirir. Şirkət qeyd edib ki, 5 nanometrlik texnoloji prosesə keçid sayəsində yeni iPad Air modeli əvvəlki modellərdən 40% daha güclüdür. Prosessora inteqrasya edilmiş yeni qrafik arxitektura isə yüksək enerji sərfiyyatı olmadan performansı 30% yüksəldir. Bununla yanaşı A14 Bionic 16 nüvəli Neural Engine adlı neyron prosessoruna sahibdir. Bu prosessor saniyədə 11 trilyon əməliyyatı yerinə yetirə bilir.

    Gözləntilərə əsasən iPhone 12 modellərinin hamısı A14 Bionic prosessoru ilə təchiz olunacaqlar. Beləliklə yeni iPhone modelləri smartfon bazarında 5 nanometrlik prosessorları əldə edəcək ilk modellər olacaqlar. Onu da qeyd etmək lazımdır ki, yeni A14 Bionic prosessorunun aşağı enerji sərfiyyatı sayəsində Apple şirkəti 5G dəstəkli iPhone 12 modellərində batareya həcmlərini azalda bilər. iPhone 12 modellərinin nə zaman təqdim olunacaqları barəsində bir məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.

×