Apple smart saatlar üçün unikal autentifikasiya texnologiyası üzərində çalışır
Elm & Texnologiya
19.01.2021
Farid Pardashunas
Apple şirkətinin demək olar bütün cihazlarında biometrik autentifikasiya sistemi mövcuddur. İstisna olaraq naqilsiz qulaqlıqlar və smart saatlar çıxış edirlər. Görünür, şirkət hətta smart saatlar üçün də biometrik autentifikasiya texnologiyası üzərində çalışır. Bu üsul ilə şirkətin smart saatları öz sahiblərini daha yaxşı tanıyacaq və onların konfidensial məlumatlarını daha yaxşı qoruyacaqlar. Bu barədə 4pda saytı xəbər verib. Cihazların barmaq izi və ya üz skanı vasitəsilə blokdan çıxarılma üsulu çox məşhurlaşıb. Lakin smart saatlarda bu üsulu reallaşdırmaq bir qədər qəlizdir. Belə ki, bu cür texnologiya istifadəçidən əlavə əməliyyatların yerinə yetirilməsini tələb edir.
Apple şirkətinin yeni patentlərindən birində daha təkmilləşdirilmiş autentifikasiya sistemindən bəhs olunur. Patentə əsasən həmin sistem qan damarlarının rəsmini və ya insan dərisində olan digər özəlliklərin skan olunması prosesini yerinə yetirməyə imkan verir. Bu autentifikasiya üsulu smart saatdakı kamera vasitəsilə istifadəçinin qoluna istiqamətlənmiş işıq axını şüalanmasına əsaslanır. Bu cür prosesin yerinə yetirilməsindən sonra alqoritm istifadəçinin identifikasiyasını keçirdə biləcək.
Güman olunur ki, bu cür üsulla avtomatik şəkildə Apple Watch-un aktiv edilməsinə və hətta digər cihazlarında işə salınmasına nail olmaq olar. Bu həmçinin smart saatın itdiyi halda istifadəçinin konfidensial məlumatlarının qorunması imkanını da verəcək. Qeyd etmək lazımdır ki, bu sadəcə patentdir və onun nəticədə reallaşdırılıb-reallaşdırılmayacağı sual altındadır. Bundan əlavə olaraq bu məsələdə tattoo-larla bağlı problem də yarana bilər. Belə ki, onlar autentifikasiya prosesini qəlizləşdirə bilərlər. Bu cür texnologiyanın müxtəlif rəng dərini və o cümlədən zədələnmiş hissələri skan edib-etməyəcəyi də məlum deyil.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Microsoft nə üçün data mərkəzlərini okeanın dərinliklərində yerləşdirir?
Əfsanənin geri dönüşü: Winamp musiqi servisinin istifadəyə veriləcəyi tarix açıqlandı