Logo
    main-post-cover

    Apple smart üzüyü ilə bağlı yeni patent ortaya çıxıb

        Apple şirkətinin smart üzük üzərində çalışdığı barəsində məlumatlar uzun illərdir ki, internetdə gəzirlər. Bir neçə müddət bundan öncə hətta şirkətin bu istiqamətdə patenti də ortaya çıxmışdı. Lakin bu cür üzüyün nəticə etibarilə satışa çıxacağı halda o, daha öncə düşünüldüyü məqsədlər üçün nəzərdə tutulmaya bilər. Bazarda artıq uzun müddətdir ki, müxtəlif smart üzük modelləri var. Bəzi istehsalçılar hətta bu cür üzüklərin bir neçə versiyasını da satışa çıxarıblar.
        Buna baxmayaraq tanınmış brendlərdən heç birində bu cür məhsul hələ yoxdur. Adətən smart üzük fiziki aktivliyin və bədənin vəziyyətinin izlənilməsi üçün nəzərdə tutulur. Lakin Apple şirkətinin yeni patentində smart üzüyün başqa tətbiq sahəsi əks olunub. Şirkətin yeni patentində qeyd edilmiş məlumata əsasən bu cür üzük daxil olan bildirişlərin bir növ indikatoru rolunda çıxış edəcək və istifadəçiyə vibrasiya vasitəsilə bildiriş barəsində xəbərdarlıq göndərəcək.
        Patent sənədində həmçinin qeyd edilib ki, bu cür smart üzük smartfon, smart saat, qulaqlıqlar və s. cihazlar arasında müəyyən məlumatların mübadiləsini reallaşdıra bilər. Patent sənədində əks olunmuş fotolardan da görmək olar ki, smart üzüyün gövdəsində hərəkətli hissə nəzərdə tutulub. Həmin hərəkətli hissə öz növbəsində Apple Watch-da olan Digital Crown adlı hərəkətli düymə şəklində çalışa bilər. Nəticədə Apple şirkətinin bu cür smart üzüyü hazırlayıb-hazırlamayacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər