
"Apple", "Snapchat"a rəqib olacaq tətbiq hazırlayır
Elm & Texnologiya
07.05.2017
Farid
Bir müddət əvvəl "Apple", WWDC 2016 tədbirində
iOS 10 ilə birlikdə iMessenger-i, Snapchat-a bənzər bir tətbiqlə yeniləyəcəyini
açıqlamışdı. Yəqin ki, artıq şirkətin təqdim etdiyi iMessenger bir başlanğıc idi və
artıq "Apple" günün tələblərinə uyğun tətbiqlər istifadəyə verməyə hazırlaşır. Bloomberg nümayəndəsi Mark Qurmanın (Mark Gurman) xəbərinə görə Apple, Snapchat-ə bənzər bir tətbiq üzərində işlər aparır. Məlumata görə, "Apple"ın
yeni tətbiqi, istifadəçilərə Snapchat-da olduğu kimi video çəkmək, filtrlər və illustrasiyalar
əlavə etmək imkanı yaradacaq. Tətbiqin paylaşım əsaslı olduğu və Facebook, Twitter, Instagram kimi sosial media platformaları ilə birbaşa əlaqəyə icazə verəcəyi də qeyd edilir. Hələki sınaq mərhələsində olan tətbiqin, videonun hazırlanmasından paylaşımına qədər keçən vaxtı 1 dəqiqədən belə aşağı endirməsi gözlənilir.
Layihənin iMovie və FinalCutPro tətbiqlərini hazırlayan komanda tərəfindən
həyata keçirildiyi bildirilir. "Apple"ın hətta bir müddətdir Joe Weil ilə
bu layihədə işlədiyi qeyd edilir. Joe Weil rejissor və prodüsserdir.
Xəbərə görə, "Apple" bu tətbiqi Apple Store-da təqdim etməyi planlaşdırır. Məlumata əsasən, "Apple"ın əsas hədəfi kontaktlar (telefon kitabçası) arasında paylaşım və bağlantını daha da
inkişaf etdirməkdir. Şirkətin tətbiqi gələn il təqdim etməsi gözlənilir.
Paylaş
Bənzər xəbərlər