Logo
    main-post-cover

    Apple Store-da irqçilik biabırçılığından sonra Apple üzr istədi.

    Ötən günlərdə Avstraliyada yerləşən Apple Store mağazalarının birində utanc verici bir hadisə yaşanıb. Bir neçə qara dərili tələbənin video qeydiyyata aldığı bu hadisə dünya gündəmində və sosial şəbəkələrdə geniş müzakirələrə saəbəb olub. Dünyanın ən sakit ölkələrindən biri olmasına baxmayaraq Avstraliyada Apple Store işçiləri qara dərili müştərilərə qarşı utanc verici bir hərəkət edib. Beləki, mağazaya daxil olna bir neçə qara dərili müştəri işçilər tərəfindən içəri buraxılmayıb. Səbəb kimi qara dərililərin mağazadan oğurluq etmə ehtimalın əsas gətiriblər. Bütün bunlar video-ya çəkilib və sosial mediada hay-küyə səbəb olub. Yaşanan hadisədən dərhal xəbər tutan Apple rəsmiləri və mağazanın müdiri baş verən bu hadisəyə görə üzr istəyib. Tələbələr isə üzrü qəbul edərək, məsələnin böyüməsin istəmədiklərin bildiriblər.

    Həmin video :https://twitter.com/Youth_Justice?ref_src=twsrc%5Etfw


    Paylaş
    Bənzər xəbərlər