
Apple Store işçilərini bu səbəbdən işdən qovdu
Elm & Texnologiya
07.05.2017
Farid
Avstraliyada Apple Store-da çox da xoş olmayan hadisə baş verib. Belə ki, qadın müştərilərin fotolarını oğurlayan və aralarında qiymətləndirmə aparan işçilər çox böyük səs-küyə səbəb olublar.
Avstraliyanın Carindale adlı bölgəsində baş
vermis bu hadisə Apple üçün mənfi bir surpriz olub. Verilən məlumatlara görə Apple Store-da çalışan kişi işçilər mağazaya təmir üçün verilən telefonlardan qadınların
fotolarını oğurlayaraq öz aralarında qiymətləndirmə aparırlarmış.
Bundan əlavə fotoları oğurlananlar arasında
sadəcə müştərilər deyil, həmçinin orda işləyən qadın işçilər də yer alıb. Belə ki,
onlar şəkilləri öz aralarında paylayıb 1 ilə 10 arasında qiymətləndirmə
aparırlarmış. Hadisənin ortaya çıxmasından sonra Apple Store 4 işçisini çıxarıb
və vəziyyəti araşdırması üçün başqa bir Apple Store ofisində çalışan nümayəndəsini
ora göndərib.
Paylaş
Bənzər xəbərlər