main-post-cover

    Apple Store mağazalarında iPhone-lar partlamağa başlayıb

    Elm & Texnologiya
    11.01.2018
    Farid Pardashunas
    Artıq ikinci dəfədir ki, Apple Store mağazasında iPhone smartfonunun batareyası partlayır.
    Keçən çərşənbə axşamı Sürixdəki Apple Store əməkdaşı iPhone cihazının yanması nəticəsində ciddi olmayan yanıq izləri aldı. Hadisənin baş verdiyi zaman mağazada 8 nəfər insan var idi. Onlardan bəzilərinə yardım göstərilmişdi və onların xəstəxanaya getmələrinə ehtiyac qalmamışdı. Lakin bununla əhvalat bitmir.

    Bugün Valensiyada yerləşən Apple Store mağazasının daxilini iPhone batareyasının yanması nəticəsində tüstü bürümüşdü. Mağaza əməkdaşları yanğını tez bir zamanda söndürərək tüstünün çölə çıxması üçün pəncərələri açmışdılar. Hadisə yerinə 3 yanğınsöndürən maşın və polislər gəlmişdilər. Hadisə zamanı heç kim xəsarət almadı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər