main-post-cover

    Apple şüşə materialdan hazırlanmış gövdəyə sahib iMac-ın patentini əldə etdi

    Elm & Texnologiya
    28.01.2020
    Farid Pardashunas
        ABŞ-ın patent bürosu Apple şirkətinin yeni patent sorğusunu təsdiqləyib. Həmin patent sorğusunda şirkətin yeni monoblok kompüteri əks olunub. Patentdə əks olunmuş kompüterin əvvəlki iMac modellərindən fərqi ondadır ki, o, şüşə materialdan hazırlanmış və əyilmiş gövdəyə sahibdir. Bu barədə Macrumors saytı xəbər verib. Patent sorğusundakı məlumata əsasən monoblok kompüterin ekranı touchpad texnologiyasına sahib klaviaturaya çevrilə biləcək.
        Kompüterin komponentləri isə hərəkət edə bilən dayaqda yerləşdiriləcək. Həmin dayaq sayəsində ekranın əyilmə bucağını tənzimləmək mümkün olacaq. Kompüterin konstruksiyası həmçinin ayrıca klaviaturanın və MacBook-un qoşulması imkanını da verəcək. Beləliklə MacBook-un iMac-ə qoşulacağı halında onun ekranındakı təsvir birbaşa iMac-in ekranına keçid edəcək. Bu halda MacBook-un klaviaturası isə kompüterin konstruksiyasında olacaq xüsusi çıxıntı yerində yerləşəcək.
        Yeni iMac modelinin gövdəsinin şüşə materialdan hazırlanacağına baxmayaraq Apple şirkəti həmçinin keramik və plastik materiallardan istifadəni də istisna etmir. Patent sorğusunda həmçinin qeyd olunub ki, kompüterin gövdəsinin aşağı hissəsində naqilsiz şarj modulunun və biometrik sensorların yerləşdirilməsi ehtimalı da var. Sözügedən patent sənədi onu da təsdiqləyib ki, kompüterin şüşə materialdan hazırlanacaq gövdəsi həm şəffaf həm qeyri şəffaf ola bilər. Bununla yanaşı kompüterin komponentləri də yarışəffaf ola bilərlər. Bu qeyri adi iMac modelinin təqdimat tarixi və onun texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər