
Apple şüşə materialdan hazırlanmış gövdəyə sahib MacBook üzərində çalışır
Elm & Texnologiya
21.11.2022
Emil Nəcəfov
Apple şirkəti MacBook noutbukları ilə bağlı olan patentini yeniləyib. Patent sənədinə əsasən yeni MacBook-un əsas özəlliyi ondan ibarət olacaq ki, o, şüşə materialdan hazırlanmış gövdəyə və klaviaturaya sahib olacaq. Məlumata əsasən bu cür noutbuk modelinin hazırlanması ilə Apple mühəndisləri 2018-ci ildən məşğul olurlar. Patentlərdən biri yüksək keyfiyyətli və dözümlü noutbuk klaviaturasını əks etdirir. Həmin klaviatura həmçinin bir çox sensora da sahibdir.

Patent təsvirinə əsasən bu cür klaviaturaya klikləyən zaman düymələr bir qədər deformasiyaya uğrayaraq istifadəçiyə geri dönüşü təmin edəcəklər. Bu üsul ilə Apple şirkəti adi sensorlu klaviaturalar ilə müqayisədə mətnin yazılması zamanı daha təbii istifadəçi təcrübəsinə nail olmaq istəyir. İkinci patent isə noutbukun gövdəsini əhatə edir. O da həmçinin şüşə materialdan hazırlana bilər. Ola bilsin ki, şüşə materialı noutbukun yalnız qapağı əldə etsin. Bu cür MacBook-un nə zaman təqdim ediləcəyi və nə zaman satışa çıxacağı barəsində bir məlumat yoxdur.

Linki kopyala
Həftənin xəbərləri

