
"Apple" təhlükəsizlik üçün yeni bir metodun istifadəsinə başladı
Elm & Texnologiya
07.05.2017
Farid
Sonunda "Apple" iOS üçün SSL sisteminin dövrəyə
saldı. "Apple", iOS 10 yenilənməsi ilə bir növ sistemin təhlükəsizliyini qarantiyə
aldı demək yerinə düşər. iOS uzun zamandan bəri təhlükəsiz sistem olmağı bacara
bilib.
Threatpost-un verdiyi məlumata görə Apple,
iOS 10 ilə birlikdə yenilənmiş serverlərində server ilə brauzer arasındakı məlumatları şifrələyən
yeni bir təhlükəsizlik sistemi olan SSL sistemini istifadəyə verib.
iOS istifadəçiləri iOS 10-dan əvvəl gələn
bütün OTA yeniliklərini SSL vasitəsilə almırdılar. Bu səbəblə iOS yenilənməsinə
hacker hücumunun olması qaçınılmaz idi. Bu vəziyyət indiyədək böyük bir problemə
səbəb olmasa da "Apple" kimi texnologiya nəhənginin bu mövzuda geri qalması diqqət
çəkirdi. Bundan əlavə Apple tərəfindən açıqlanan məlumatda klaviaturadakı, xəritə
tətbiqindəki, mail tətbiqlərindəki təhlükəsiz sertifikatların ayrılması və məsajlaşma
tətbiqi də daxil olmaqla ümumilikdə 7 təhlükəsizlik açığı iOS 10 ilə keçmişdə
qaldı.
Paylaş
Bənzər xəbərlər