Logo
    main-post-cover

    Apple tələbələrə endirim edəcək. (Rəsmi məlumat)

    Ölkəmizdə də populyar olan Apple Music daha bir yeniliyə imza atır. Belə ki, artıq tələbələr Apple Music üçün 50% güzəşt əldə edəcəklər.


    Bir çox şirkətin tələbələr üçün xüsusi proqramlar hazırladıqlarını və onlara xüsusi endirimlər təklif etdiyinin şahidi olmuşuq. Buna münumə olaraq Microsoft'un öz məhsullarında tələbələrə endirim etməsi, Adobe'un bütün məhsullarında tələbələrə endirim olmasını göstərmək olar. Bu mövzuda da Apple rəqiblərindən geridə qalmır, Apple'ın bütün cihazları üçün tələbələrə xüsusi endirim etməklə yanaşı artıq Spotify'a rəqib olaraq hazırladığı Apple music üçün də sözü gedən şirkət tələbələrə endirim edəcək.


    Hal hazırda 13 milyon istifadəçisi olan Apple Music bütün dünya miqyasında geniş istifadə olunur. Apple'ın bu endirimi etməsindən sonra Apple Music istifadəçilərinin sayında ciddi artım olacağı gözlənilir. Hələ ki, ABŞ, Kanada, Almaniya, Danimarka, İrlandiya, AvstraliyaYeni Zellandiyada tətbiq olunan bu endirim gələcəkdə digər ölkələr üçün də tətbiq olunacaq.
    Paylaş
    Bənzər xəbərlər