
"Apple", televizor biznesinə daxil olmağa hazırlaşır. Cihazın ilk fotoları yayıldı
Elm & Texnologiya
17.08.2017
Çinin Weibo adlı sosial şəbəkəsində “Apple” şirkətinin hazırladığı televizorun fotoları yayılıb.
Məlumata əsasən bu televizorlar, 60 inç-lik OLED ekranlara
shaibdirlər və şirkət həmin televizorları öz laboratoriyasında test edir. Çox
güman ki, fotolarda əks olunmuş cihaz, şirkətin növbəti patenti əsasına
hazırlanıb və onlar nəticə etibarilə irimiqyaslı istehsalat mərhələsinə
çatmayacaqlar. Belə ki, şirkət tez-tez müxtəlif cihazların patentlərini əldə edərək
onları test edir. Qeyd etmək lazımdır ki, Apple televizorları haqqında şaiyələr
bir neçə ildir ki, internetdə gəzir. 2015-ci ildə The Wall Street Journal bildirmişdi ki, “Apple” şirkəti
öznünün televizor istehsalı layihəsini ləğv edib. Həmin vaxtda qeyd olunmuşdu
ki, şirkət əslində öz televizorunu 10 ilə yaxın idi ki, yaratmağa çalışırdı. Televizorlar,
böyük rəqabətin olduğu sahədir. Bir insan belə bir cihazı illərlə istifadə edir
və bu cür hal “Apple”a
heç sərf etmir. Belə ki, şirkət elə cihazlar istehsal edir ki, istifadəçilər
onları mütəmadi şəkildə yeniləyirlər.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...