main-post-cover

    Apple TV+ servisi 2025-ci ilə kimi hər il şirkətə 9 milyard dollar gəlir gətirə bilər

    Elm & Texnologiya
    25.10.2019
    Farid Pardashunas
        Morgan Stanley şirkətinin analitiki Katy Huberty-nin proqnozlarına əsasən Apple şirkətinin servislərinin gəlirləri gələn il 20% yüksələcək. İnvestorlar üçün olan yeni hesabatında Huberty bildirib ki, Apple TV+ servisinin aşağı abunəlik haqqı və istifadəçilər arasında Apple məhsullarının sürətli yayılması sayəsində sözügedən servis 2025-ci ilə kimi hər il 9 milyard dollar gəlir əldə edəcək.
        Mütəmadi abunəlik haqqı ödəyənlərin sayı isə 136 milyon istifadəçi təşkil edəcək. Bu barədə CNBC saytı xəbər verib. Analitikin fikrincə Apple TV+ servisinin uğurlu olması iki faktor ilə əlaqədardır: Servisin istifadəyə verilməsi üçün nəzərdə tutulmuş kontentlərin istehsalına yüksək miqdarda vəsaitlərin xərclənməsi və yeni Apple məhsulu alan zaman alıcıya 1 illik pulsuz Apple TV+ servisi abunəliyinin təqdim edilməsi.
        Bundan əlavə olaraq analitik düşünür ki, gələn il 5G texnologiyasının inteqrasiyası sayəsində təqdim ediləcək iPhone modellərinə tələbat yüksək olacaq. Nəticə etibarilə Morgan Stanley şirkəti Apple şirkətinin səhmlərinə investisiya yatırmağı məsləhət görür və qeyd edir ki, gələn il şirkətin səhmləri yüksəlməyə davam edəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər