
"Apple" üçün əyilə bilən ekranları istehsal edəcək şirkətin adı bəlli oldu
Elm & Texnologiya
07.05.2017
Farid
"LG Display” şirkəti, "Apple” üçün əyilə bilən ekranlar istehsal edəcək.
Bundan əlavə məlum olub ki, siyahıda "Apple”dan başqa həmdə "Google”
və "Microsoft” da var. Sözügedən şirkətlər üçün əyilə bilən ekran
istehsalındakı rəqabət "LG Display” ilə "Samsung” şirkətləri arasında aparılıb.
Lakin nəticə etibarilə müqavilənin məhz "LG Display” ilə bağlanacağı məlum
olub. Məlumata əsasən "LG” artıq əyilə bilən ekranın işlək prototipinə
sahibdir. Mütəxəssislər həmin prototipin keyfiyyətini çox yüksək qiymətləndiriblər.
Həmçinin məlumat var ki, "LG” ilə "Samsung”, yeni nəsil əyilə bilən ekranların
istehsalına ümumilikdə 11.6 milyard dollar vəsait yatırıblar. Güman olunur ki,
artıq 2018-ci ildə ilk OLED ekranlı iPhone-lar təqdim olunacaq. Onların, əyilə
bilən ekranlara sahib olacaqları ehtimalı da yüksəkdir.
Paylaş
Bənzər xəbərlər