Apple USB-C dəstəkli yeni MagSafe üzərində çalışır

Apple USB-C dəstəkli yeni MagSafe üzərində çalışır

Texnologiya
12.09.2023 PAYLAŞIM

    Bugün Apple şirkəti iPhone 15 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq smartfonlar iPhone tarixində ilk dəfə USB-C girişi ilə təchiz olunacaqlar. Bu səbəbdən də şirkət müvafiq aksesuarların hazırlanması ilə məşğuldur. Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən şirkət gələn il bütün cihazlarını USB-C girişi ilə təchiz edəcək. Şirkət tərəfindən hazırlanan yeni aksesuarların bugünki təqdimat tədbirində təqdim olunub-olunmayacaqları bilinmir.

    İnsayder bildirib ki, Apple hal hazırda maraqlı bir aksesuar üzərində çalışır. Söhbət MagSafe naqilsiz şarj texnologiyalı yeni batareyadan gedir. Lakin bu naqilsiz şarj texnologiyalı batareyanın digər analoqlarfan fərqi onda olacaq ki, onun üzərinə iki ədəd smartfonu yerləşdirmək mümkün olacaq. Bunun sayəsində iki smartfon yeni aksesuar vasitəsilə eyni anda şarj oluna biləcək. Təbii ki, hazırlanan bu aksesuar da USB-C girişinə sahib olacaq.




DAHA ÇOX


Samsung Galaxy Tab A9+ planşetinin texniki göstəriciləri ortaya çıxıb

Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy Tab A9 planşet seriyasına daxil olacaq Galaxy Tab A9..


Apple elektromobili yaxın gələcəkdə işıq üzü görməyə bilər

Hələ bir neçə müddət bundan öncəyə kimi internetdə ara-sıra Apple şirkətinin elektromobil layihəsi b..


ASUS ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib - QİYMƏTİ..

ASUS şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib.


Xiaomi Black Shark Lucifer Earphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib -..

Xiaomi şirkəti qlobal bazarda Black Shark S1 smart saatı ilə yanaşı həmçinin Black Shark Lucifer Ear..


Xiaomi qlobal bazarda Black Shark S1 adlı smart saatı təqdim edib - QİYMƏTİ..

Xiaomi şirkəti heç gözlənilmədən qlobal bazarda özünün Black Shark brendinin bir neçə yeni məhsulunu..


Acer 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni monitorunu təqdim edib - QİYMƏTİ..

Acer şirkəti özünün monitorlar seriyasını yeni model ilə genişləndirib.

×