
Apple USB Type-C girişinə sahib EarPods qulaqlığı üzərində çalışır
Elm & Texnologiya
28.04.2023
Emil
İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti həqiqətən də öz smartfonlarını və aksesuarlarını USB Type-C girişi ilə təchiz edəcək. Lakin USB Type-C dəstəkli aksesuarlarda lisenziyalı məhdudiyyət olduğu kimi qalacaq. Məlumatda qeyd edilib ki, şirkət iPhone-lar üçün nəzərdə tutulmuş yeni MFi çipini artıq hazırlayıb. iPhone modellərinə qoşulacaq aksesuarlar Lightning girişində olduğu kimi autentifikasiyadan keçməli olacaqlar. Bu üsul vasitəsilə Apple şirkəti Avropa Birliyinin cihazlarda vahid USB Type-C girişinin istifadə edilməsi tələbini formal olaraq yerinə yetirəcək.
Lakin bununla belə şirkət kənar aksesuarların istifadəsini məhdudlaşdıracaq. İnsayderlərin sözlərinə əsasən şirkətin USB Type-C girişinə sahib ilk aksesuarlarından biri də naqilli EarPods qulaqlığı olacaq. Məlumata əsasən yeni növ EarPods USB Type-C girişinə sahib iPhone smartfonuna heç bir keçid naqili olmadan qoşula biləcək. Bundan əlavə olaraq şirkət yeni növ EarPods ilə yanaşı özünün orijinal USB Type-C naqillərini də satışa çıxaracaq. Bu yeni aksesuarlar payız fəslində iPhone 15-dən bir qədər əvvəl və ya onunla bir vaxtda satışa çıxacaqlar.
Paylaş
Bənzər xəbərlər