main-post-cover

    Apple və Google COVID-19-a yoluxmuş insanların təyin edilməsi sistemini yaradacaqlar

    Elm & Texnologiya
    11.04.2020
    Farid Pardashunas
        Apple Google uzun illərdir ki, mobil əməliyyat sistemi, smartfon, musiqi servisləri və s kimi sahələrdə bir-biriləri rəqabət aparırlar. Lakin koronavirus pandemiyası bu iki şirkət arasındakı rəqabəti qısa müddətlik dayandırıb. Belə ki, Apple və Google koronavirusun yayılmasının dayandırılması üçün kontaktların izlənməsi yolunda birgə yaradılmış sistemi təqdim ediblər. Bu barədə 4pda saytı xəbər verib. Qeyd etmək lazımdır ki, bütün dünya üzrə COVID-19 virusuna yoluxanların sayı artıq 1 milyonu keçib. Bu göstəricinin yarısı təkcə ABŞ-da qeydə alınıb. Buna görə də heç təəccüblü deyil ki, Apple və Google virusla mübarizə yolunda güclərini birləşdiriblər.
        Bu iki böyük tenxolojii şirkətin birləşməsi öz növbəsində koronavirus yayılmasının izlənməsi sistemini ərsəyə gətirəcək. Şirkətlər may ayının ortasında iOS Android əməliyyat sistemləri üçün xüsusi API-ları təqdim etməyi planlaşdırırlar. Bu API-lar isə COVID-19 daşıyıcısının kimlərlə ünsiyyətdə olduğunu təyin etməyə yardımçı olacaqlar. Sözügedən məlumatları səhiyyə təşkilatlarının App StoreGoogle Play mağazalarında olan rəsmi tətbiqləri əldə edəcəklər. Lakin bu, müvəqqəti tədbirdir. Belə ki, bir neçə aydan sonra kontaktların izlənməsi texnologiyası sistem səviyyəsində reallaşdırılacaq və bütün Android və iOS cihazlarında istifadə ediləcək.
        İnsanlar arasındakı əlaqənin təyin edilməsi Bluetooth texnologiyası vasitəsilə reallaşdırılacaq. GPS və mobil operatorların məlumatlarının istifadəsini tələb edən digər üsullardan fərqli olaraq Bluetooth-dan istifadə variantında istifadəçinin yerini təyin etmək mümkün deyil. Bu isə öz növbəsində istifadəçinin konfidensiallığını qoruyub saxlayır. Əsas vacib məqam ondadır ki, koronavirusa yoluxma aşkarlandığı halda istifadəçi bu barədə məlumatı səhiyyə təşkilatlarının tətbiqlərində qeyd etməlidir. Daha sonra isə istifadəçilər xəbər tutacaqlar ki, onlar da virusa yoluxmuş şəxslə ünsiyyətdə olublar.
        Smartfonlar öz aralarında sözügedən məlumatların mübadiləsini 5 dəqiqəlik intervalla edə biləcəklər. Konfidensiallığın qorunması üçün Apple və Google qərar veriblər ki, Bluetooth vasitəsilə hər 15 dəqiqə yenilənn xüsusi anonim açar göndərilsin. Bu üsul ilə məlumatların ötürülməsi zamanı istifadəçinin kimliyini təyin etmək mümkün olmayacaq. Bundan əlavə olaraq COVID-19-a yoluxmuş şəxslərin smartfonlarını əks etdirən mərkəzləşdirilmiş siyahı da olmayacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər