main-post-cover

    Apple və Google karantin zamanı istifadəçilərinin hərəkət məlumatlarını təqdim etdilər

    Elm & Texnologiya
    16.04.2020
    Farid Pardashunas
        Apple şirkəti koronavirus pandemiyası çərçivəsində dünya üzrə müxtəlif ölkələrdən olan istifadəçilərinin hərəkətləri üzrə məlumatları təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Sözügedən naviqasiya məlumatları Apple Map tərəfindən qeydiyyata alınır. Bu isə öz növbəsində müxtəlif ölkələrdən olan insanların karantin qaydalarına riayət edib-etmədiklərini və özlərini gəzintilərdən məhdudlaşdırıb-məhdudlaşdırmadıqlarını öyrənməyə imkan verir.
        Apple tərəfindən təqdim olunan statistika ilə bu saytdan tanış olmaq olar. İstifadəçilərin hərəkətləri barəsində məlumatlar 13 yanvar 2020-ci il tarixindən etibarən qeydə alınır. Buna baxmayaraq istifadəçilərin konfidensiallıqlarına heç bir zərər yetirilmir. Belə ki, məlumatlar Apple ID-yə qoşulu deyillər. Sözügedən statistikada şirkət dünyanın 63 ölkəsindən olan məlumatları təqdim edir.
        Lakin təəssüflər olsun ki, Azərbaycan bu siyahıda yoxdur. Qeyd etmək lazımdır ki, Google şirkəti də özünün Google Maps servisi vasitəsilə istifadəçilərinin hərəkət məlumatlarını təqdim edir. Google şirkətinin statistikası ilə bu saytdan tanış olmaq olar. Apple-dan fərqli olaraq Google statistikası 131 ölkəni əhatə edir. Lakin bu statistikada da Azərbaycan yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər