Apple Vision Pro-nun batareya həcmi barəsində yeni məlumat ortaya çıxıb

Apple Vision Pro-nun batareya həcmi barəsində yeni məlumat ortaya çıxıb

Texnologiya
09.06.2023 PAYLAŞIM

    Vision Pro-nun təqdimatı zamanı Apple şirkəti ənənəyə sadiq qalaraq cihazın texniki göstəricilərinə deyil, onun praktiki imkanlarına diqqət ayırdı. Lakin insayderlərin sayəsində Vision Pro-nun texniki göstəriciləri barəsində maraqlı məlumatlar ortaya çıxır. Bir neçə gün bundan öncə onlar Vision Pro-nun batareyası barəsində məlumat vermişdilər. Verilmiş məlumatda qeyd edilmişdi ki, qarışıq reallıq cihazı təqribi olaraq 6500 mAh enerji tutumlu batareya ilə təchiz olunub.


    Lakin verilmiş yeni məlumat cihazın daha az enerji tutumlu batareyaya sahib olduğunu ortaya çıxarıb. İnsayderlər tərəfindən təqdim edilmiş yeni fotolarda Vision Pro-nun batareyalarının əks olunduğu iddia edilir. Batareyaların üzərindəki yazılardan belə qənaətə gəlmək olar ki, onlar 4780 mAh həcmindədirlər. Nəzərə alsaq, Vision Pro iki ədəd yüksək keyfiyyətli ekrana və çoxlu sayda kamera ilə müxtəlif sensora sahibdir, görünür, onlar bu cür batareyada olan enerjinin böyük hissəsini sərf edən faktorlardır. Nəticədə Vision Pro yalnız 2 saat ərzində çalışa bilir.



DAHA ÇOX


Samsung Galaxy Tab A9+ planşetinin texniki göstəriciləri ortaya çıxıb

Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy Tab A9 planşet seriyasına daxil olacaq Galaxy Tab A9..


Apple elektromobili yaxın gələcəkdə işıq üzü görməyə bilər

Hələ bir neçə müddət bundan öncəyə kimi internetdə ara-sıra Apple şirkətinin elektromobil layihəsi b..


ASUS ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib - QİYMƏTİ..

ASUS şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib.


Xiaomi Black Shark Lucifer Earphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib -..

Xiaomi şirkəti qlobal bazarda Black Shark S1 smart saatı ilə yanaşı həmçinin Black Shark Lucifer Ear..


Xiaomi qlobal bazarda Black Shark S1 adlı smart saatı təqdim edib - QİYMƏTİ..

Xiaomi şirkəti heç gözlənilmədən qlobal bazarda özünün Black Shark brendinin bir neçə yeni məhsulunu..


Acer 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni monitorunu təqdim edib - QİYMƏTİ..

Acer şirkəti özünün monitorlar seriyasını yeni model ilə genişləndirib.

×