main-post-cover

    Apple Vision Pro-nun ilk mənfi cəhəti ortaya çıxıb (VİDEO)

    Elm & Texnologiya
    08.06.2023
    Farid Pardashunas
        Wall Street Journal nəşriyyatının jurnalistləri Apple Vision Pro qarışıq reallıq cihazından məhdud şəkildə istifadə etmək imkanına sahib olublar. Jurnalistlərdən biri olan Joanna Stern Apple şirkətinin bu yeni cihazı barəsində ümumilikdə müsbət fikirlərə sahib olub. Lakin bununla yanaşı vacib mənfi cəhəti də qeyd edib. Digər istehsalçıların əksəriyyəti özlərinin VR və ya AR cihazlarını hazırlayan zaman plastik materiallardan istifadə edirlər. Bu, cihazın çəkisini aşağı salmağa imkan verir.
        Apple isə bu məsələdə fərqli yol ilə getməyi seçib. Belə ki, Vision Pro-nun gövdəsi alüminium və şüşədən hazırlanıb. The Wall Street Journal-ın jurnalisti Joanna Stern Vision Pro-dan istifadə təəssüratlarında qeyd edib ki, cihaz ağır çəkiyə sahibdir. Buna görə də ondan uzun müddət ərzində istifadənin komfortlu olması ilə bağlı şübhələr var. Bununla yanaşı jurnalist bildirib ki, Vision Pro-dan 30 dəqiqəlik istifadə çərçivəsində o öz alın və burun hissələrinə təzyiqin olduğunu hiss edib.
        Əlavə olaraq onda ürək bulantısı yaranıb. Joanna-nın bu şikayətlərinə cavab olaraq şirkət rəsmiləri bildiriblər ki, yaşanmış istənilən diskomfort böyük ehtimal ilə Vision Pro-nun demo nümunələrində olmuş yeganə ölçülü bərkidicilər səbəbilə baş verib. Şirkət əlavə edib ki, alıcılar Vision Pro-nu alan zaman öz istəklərinə uyğun olaraq müxtəlif ölçülü bərkidiciləri əldə edə biləcəklər. Qeyd etmək lazımdır ki, Vision Pro gələn ilin əvvəlində 3500$ qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər