
Apple Vision Pro-nun nəyə görə gələn ilin əvvəlində satışa çıxacağı məlum olub
Elm & Texnologiya
14.06.2023
Emil
Apple tərəfindən WWDC 2023 konfransı çərçivəsində təqdim edilmiş Vision Pro adlı qarışıq reallıq cihazı şirkətin ən bahalı və texniki tərəfdən ən qəliz məhsullarından biridir. Bunun əsas səbəblərindən biri də cihazda istifadə edilən yüksək keyfiyyətli ekranlardır. Verilmiş məlumata əsasən Vision Pro-nun gələn ilin əvvəlində satışa çıxacağına, yüksək satış qiymətinə sahib olacağına və ilk mərhələdə məhdud sayda satılacağına səbəb Sony şirkətidir. Apple Vision Pro-da iki ədəd yüksək keyfiyyətli micro-OLED ekrandan istifadə edilir. Ekranlar özlərində ümumilikdə 23 milyon ədəd pikseli birləşdirirlər.
Yəni istifadəçinin hər bir gözünə 4K televizorlarda olan piksel sayından daha çox piksel təqdim edilir. Apple öz marketinq materiallarında ekranları micro-OLED adlandırsa da əslində onlar OLEDoS və ya silisium əsaslı OLED ekranlar adlanırlar. Bu cür ekranlardan həmçinin bir neçə müddət bundan öncə təqdim edilmiş Meta Quest 3 VR cihazında da istifadə edilir. OLEDoS ekranların texnologiyası çox qəlizdir və istehsalatda baha başa gəlir. Vision Pro üçün OLEDoS ekranların istehsalı ilə məşğul olan Sony şirkəti il ərzində yalnız 900 000 ədəd ekran istehsal edə bilir.
Vision Pro-da iki ədəd ekranın olduğunu nəzərə alsaq, söhbət, il ərzində 450 000 ədəd ekrandan və ya hər rüb 50 000-100 000 ədəd ekrandan gedir. Bununla belə unutmaq lazım deyil ki, şirkət öz xidmət servisləri üçün də müəyyən sayda ekran əldə etməlidir. Analitiklər keçən həftə proqnozlaşdırmışdılar ki, Apple ilk il ərzində 150 000 ədəd Vision Pro sata biləcək. Sony tərəfindən istehsal edilən ekranlar barəsində yeni məlumatların ortaya çıxması ilə analitiklərin proqnozları daha real görünür.
Paylaş
Bənzər xəbərlər