
Apple Vision Pro-nun sadələşdirilmiş versiyası ləğv edilmiş ola bilər
Elm & Texnologiya
27.09.2023
Apple şirkətinin Vision Pro adlı qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının təqdimatından sonra bu cihazın daha sadələşdirilmiş versiyasının hazırlanması ilə bağlı çoxlu sayda məlumat ortaya çıxdı. Görünür, şirkət bu mövzuda planlarını dəyişib və Vision Pro-nun sadələşdirilmiş versiyasını gözləmək artıq lazım deyil. Bu barədə məlumatı məşhur analitik Ming-Chi Kuo təqdim edib. Vision Pro-nun sadələşdirilmiş versiyasının mümkün ləğvi səbəbini analitik təqdim etməyib.
O sadəcə qeyd edib ki, Apple öz xərclərini azaltmasa, 2025-ci ildə Vision Pro-nun böyük həcmdə istehsalını gözləmək lazım deyil. Bununla yanaşı analitikin fikrincə Apple şirkəti gələn il ümumilikdə 400 000-600 000 ədəd Vision Pro istehsal edəcək. Son məlumat sızıntılarına əsasən Apple şirkəti Vision Pro-nun sadələşdirilmiş versiyasını 2025-ci ildə təqdim etməyi planlaşdırırdı. Cihazın daha sadə ekranları və daha aşağı performanslı prosessoru əldə edəcəyi güman edilirdi.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...